SON XƏBƏR
  • 20.11.2017 - 08:28
    Roza Zərgərli: Həkim dedi ki, bir də ana olmayacaqsan
    Roza Zərgərli: Həkim dedi ki, bir də ana olmayacaqsan

    Müğənni Roza Zərgərli şəxsi həyatı barədə açıqlama verib.

    Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bir daha heç vaxt ana ola bilməyəcəyini açıqlayıb. O, övladlığa uşaq götürməsinin səbəbindən danışıb: "Gənc olanda düşünürdüm ki, ailə quranda övladım olmasın. Deyirdim, zahiri görünüşüm dəyişəcək, yuxusuz gecələr keçirəcəyəm, kiminsə qayğısını çəkəcəyəm. Ailə qurdum, əkiz övladlarım dünyaya gəldi, biri sağ qaldı. Sonra nə qədər çalışdım, yenidən ana ola bilmədim. Həkim dedi ki, əziyyət çəkmə, bir daha ana olmayacaqsan".

    Roza övladlığa götürdüyü qızının ona xəyanətindən söz açıb: "Övladlığa uşaq götürüb saxlamağım hamıya asan gəlir. 10 yaşında qız götürdüm, böyütdüm. 16 yaşında onu atan ananın yanına qayıtdı. İllər keçdi, səhvini başa düşdü və yanıma gəldi. Efirdə yalan danışmışam. Deyirdim, övladımın sağlamlığı ilə bağlı səhnədən getdim. Amma mən həyatdan sındım, övladım bildiyim insan tərəfindən tərk edildim. Yeni uşaqları övladlığa götürəndə hamı qarşı oldu. Dedilər, bir də xəyanət görsən, sən öləcəksən".

    Baxış sayı:
    85
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    19-02-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio