SON XƏBƏR
  • 13.12.2017 - 07:02
    Xəyanətə görə qayınatası tərəfindən öldürülən gəlinin görüntüsü yayıldı
    Xəyanətə görə qayınatası tərəfindən öldürülən gəlinin görüntüsü yayıldı

    Qətlə yetirilən şəxsin bir azyaşlı övladı qalıb

     Sabunçuda gəlinini başqa kişi ilə tutan qayınata onu öldürüb. Bakutoday.az olke.az-a istinadla xəbər verir ki, ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qayınata gəlinini odlu silahla qətlə yetirib. 1958-ci il təvəllüdlü Seyidmalik Məmmədov özünə məxsus qoşalülə ov tüfəngi ilə 1993-cü il təvəllüdlü gəlini Aysel Xanağa qızı Məmmədovanı başından 2 güllə vuraraq qətlə yetirib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər və ilkin müayinələrə başlanılıb. Qətli törədən şəxs isə şübhəli qismində həbs olunub.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, S.Məmmədov oktyabr ayında gəlinini öz evinin hamam otağında qonşuluqda yaşayan Təhmasib Abasov adlı şəxslə intim əlaqadə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirməyib. Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov ötən gün axşam evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.

    Qeyd edək ki, qətlə yetirilən şəxsin bir azyaşlı övladı qalıb. 

    Baxış sayı:
    99
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    19-02-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio