SON XƏBƏR
  • 09.09.2013 - 23:01
    Hollandiyalılardan yeni superkar-FOTOLAR
    Hollandiyalılardan yeni superkar-FOTOLAR
            Avtomobil Sarthe adlandırılıb. O, hərəkətə 510 at gücü və 881 Nm hasil edən General Motors istehsalı 6,2-litrlik V8 mühərriklə gətirilir. Belə güclü "ürəyi" olan superkar 1 390 kiloqram çəkiylə 3,8 saniyə ərzində birinci "yüzlüyü" yığır, maksimal surət isə saatda 326 kilometr təşkil edir. Altı pilləli mexaniki transmissiya avtomobil üçün yeganə variant olacaq. Kuzov karbondan hazırlanıb və geniş rama üzərində yerləşdirilib.
    Şirkət nümayəndəsi Vencer Lukas Oosterxof bildirib ki, buraxılacaq avtomobillərin tirajı ciddi məhdudlaşdırılacaq ki, avtomobil nadir və ekzotik olsun və kolleksiyaçıları cəlb etsin. Oosterxof əlavə edib ki, bu partiya hər halda on maşından çox olmayacaq.
    Şirkətin fikrincə, Sarthe-ın potensial alıcıları təmiz maşın sürməni sevən avtomobil azarkeşləri olacaqlar. Bu səbəbdən müxtəlif bər-bəzək və qurğuların miqdarı superkarda minimuma endirilib. Vencer -in dördüncü modeli yeni Sarthe üçün sifarişlərin qəbulu artıq başlanıb. İlk avtomobillər növbəti ildə müştərilərə çatdırılacaq. Superkarın dəyəri 265 000 avro təşkil edəcək.



    /4charx.com/
    Baxış sayı:
    260
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio