SON XƏBƏR
  • 13.12.2017 - 07:51
    Azərbaycanda qeyri-adi körpə dünyaya gəldi
    Azərbaycanda qeyri-adi körpə dünyaya gəldi

    Azərbaycanda qəribə patologiyalı oğlan uşağı doğulub.

    BAKU.WS xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyə şöbəsinin müdiri Gündüz Ağayevin medicina.az-a verdiyi məlumata görə, bir müddət əvvəl dünyaya gəlmiş körpənin kürəyinin ortasında cinsiyyət üzvü olub.

    Həkimin sözlərinə görə, özünün normal cinsiyyət üzvü olmasına baxmayaraq, uşağın kürəyində daha bir parazit orqan olub və o, əməliyyatla götürülüb: “Bu orqan əslində əkiz tayın orqanıdır, sadəcə həmin döl inkişaf etmədiyindən, bir orqanı dölə yapışıb qalıb. Əməliyyat zamanı parazit tam çıxarıldı, kürəkdə heç bir birləşmə qalmadı. Uşaq tam normal şəkildə evə yazıldı və yaşıdlarından fərqlənmir”.

    Uşağın yaxınları deyir ki, körpə doğularkən həm valideynlər, həm doğuşu qəbul edən həkimlər gördükləri mənzərədən şoka düşüb. Tibdə isə heteropagus adlanan belə patologiyalara ara-sıra rast gəlinir.

    Baxış sayı:
    241
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    16-10-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio