SON XƏBƏR
  • 04.10.2013 - 20:16
    Nazir cins mallara baş çəkdi-(6 FOTO)
    Nazir cins mallara baş çəkdi-(6 FOTO)
           Kənd təsərrüfatı naziri İsmət Abasov Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, görüşdən əvvəl nazir “Qarabağ Aqrar - Sənaye kompleksi” MMC-yə məxsus 1521 baş mal qaraya ondan, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş 1087 baş mal-qaraya, əsasən Holştin Friz, Simmental, Şarolle ətlik istiqamətli və 308 baş yeni doğulmuş buzovların saxlanma şəraiti ilə tanış olub. Nazir İsmət Abasov heyvanlar arasında virus xəstəliyi yayılması ilə əlaqədar ölkə rəhbərinin bilavasitə göstərişi ilə baytarlıq tədbirlərinin keçirilməsinə 2 milyon 350 min manat vəsait ayırdığını diqqətə çatdırıb. Görüşdə fermer öz təsərrüfatındakı mal-qaranın cins tərkibi, məsuldarlığı barədə geniş məlumat verdi. Fermer hazırda süd məsullarının yerli əhaliyə və ATENA südçülük zavoduna hər gün 8 ton süd satışından əldə etdiyi vəsaitə öz təsərrüfatını daha da genişləndirmək istəyini söyləyib. Nazir yeni alınmış cins mal-qaranın daha da artırılması üçün süni mayalama və damazlıq işinin gücləndirilməsini tövsiyə edib. Nazir həmçinin heyvandarlığın inkişaf etdirilməsi və heyvandarlıq məsullarının artırılmasında güclü yem bazasının yaradılmasını da həlledici amil kimi qiymətləndirib. Nazir 2013-cü ildə tam istifadəyə verilmiş Regional Baytarlıq Laboratoriyasının işi ilə də tanış olub.






    /anspress/
    Baxış sayı:
    190
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-03-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio