SON XƏBƏR
  • 29.04.2013 - 22:57
    Bakıda yollar bağlanır.
    Bakıda yollar bağlanır. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi may ayının 1-dən 5-dək Azərbaycanda velosiped turunun keçirilməsi ilə əlaqədar əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, 24 ölkədən 25 komandanın iştirak etdiyi 5 mərhələ üzrə velosiped turunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə adı qeyd olunan küçələr istiqamətində yarışların keçirildiyi zaman avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamət dəyişdiriləcək. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi

    Vaqif Əsədov

    bildirib.

    "Belə ki, mayın 1-də velosiped turunun 1-ci mərhələsi paytaxtın Heydər Əliyev Mərkəzindən Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində və geriyə 11 dəfə dövrə vurmaqla başa çatacaq. 2-ci mərhələnin mayın 2-də

    Bakı - Qobustan - Şamaxı - İsmayıllı

    marşrutu, 3-cü və 4-cü mərhələlərin isə (müvafiq olaraq, mayın 3-4-də) bölgələr üzrə keçirilməsi nəzərdə tutulur", - Əsədov bildirib.

    O qeyd edib ki, 5-ci mərhələ isə paytaxtın mərkəzi küçələri - Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Hüseyn Cavid prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küç, Füzuli küçəsi, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Puşkin küçəsi marşrutu üzrə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.

    Bakı Şəhər Yol Polisi sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir və ya ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini xahiş edir.
    Baxış sayı:
    157
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    17-08-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio