SON XƏBƏR
  • 16.07.2013 - 14:33
    Dünyanın ən bahalı avtomobili-FOTOLAR
    Dünyanın ən bahalı avtomobili-FOTOLAR
              Açıq artırmada 29 milyon dollara alıcı tapan 1954 istehsalı bir Mersedes Benz dünyanın ən bahalı avtomobili olaraq tarixə düşdü. Açıq artırmada satışa təqdim edilən W196R model Mersedes Benz  üçün 29.6 milyon dollar ödəndi. Bu günə qədər ən bahalı avtomobil rekordu 2011-ci ildə 16 milyon dollara satılan 1957 istehsalı Ferrari 250 Testə Rossa Prototype modelinin əlində idi. Ancaq reallaşan rekord satışla birlikdə Merceden Benz, Ferrarinin bu ünvanını əlindən almış oldu. İngiltərədəki Goodwood festivalı daxilində təşkil edilən hərracda satışa çıxan və 29 milyon dolların üzərində dəyər biçilən avtomobil, xüsusilə əhəmiyyətli yarışlarda müvəffəqiyyətli olmuş kolleksiya avtomobillərinin bazardakı ən qiymətli avtomobillər olma xüsusiyyətini qoruduğunu bir dəfə daha göstərmiş oldu. Dünyanın ən bahalı avtomobili olaraq tarixə keçən W196 model Mersedes də 1954-cü ildə Juan Manual Fangionun pilotluğunda Grands Prix yarışına qatılmış və çempionluq gətirmişdi.
    Baxış sayı:
    247
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio