“Bakcell” 5G texnologiyasını istifadəyə verib.
Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif ərazilərində
- Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı) və “Dəniz Mall” ərazisində
mövcuddur.
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında
5G texnologiyasını “Huawei”, “Xiaomi”, “OnePlus”, “Poco” və “Vivo”
smartfonlarının sahibləri istifadə edə bilər.
“Bakcell” 5G texnologiyadan istifadə edən abunəçilərinə
5GB balans da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri
5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmalıdırlar.
Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin
balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində
5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.
Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə
etmək mümkündür.
“Bakcell” Azərbaycanda eSIM və VoLTE
texnologiyalarını tətbiq edən ilk mobil operatordur. “Bakcell” şəbəkəsi Ookla®
tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.