Almaniya Nazirlər
Kabineti Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi ilə bağlı qərarı təsdiq
edib.
Nazirlər Kabinetinin
digər qərarı ilə rəsmi Berlin digər ölkələrə də “Leopard 2” tanklarının
Ukraynaya ixracına icazə verib.
Almaniya ilk mərhələdə
Ukraynaya Bundesverin ehtiyatlarından 14 "Leopard 2A6" tankı verəcək.
Almaniyanın hərbi yardımı “Leopard 2” tanklarının maddi-texniki təminatı, döyüş
sursatı və texniki təminatının həllini də nəzərdə tutur.