Mədəniyyət Nazirliyinin məlumatına görə, heykəltaraşlıq
müsabiqəsinə ölkəmizin heykəltəraşları tərəfindən 13 əsər təqdim olunub.
Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin
yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində
fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.
Qaliblərin siyahısı təqdim olunur: 1-ci yer Natiq
Əliyev, 2-ci yer Xanlar Əhmədov və 3-cü yer Kamran Əsədovdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30
noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması
haqqında” Sərəncamının icrasını təmin edilməsi məqsədilə Bakı şəhərində Aşıq Ələsgərin
abidəsinin ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən heykəltəraşlıq
müsabiqəsi keçirilib.