Azərbaycan Dövlət Turizm Agentliyi aprelin 19-21-də
Qazaxıstanın Almatı şəhərində, fevralın 14-15-də İsrailin Tel-Əviv şəhərində
keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcək.
"Report" Agentliyə istinadən xəbər verir
ki, artıq sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, 21-ci Qazaxıstan Beynəlxalq “Turizm
& Travel” sərgisi Almatı şəhərində Atakent Expo mərkəzində keçiriləcək. Sərgidə
19 ölkədən nümayəndələrin iştirakı gözlənilir.
29-cu beynəlxalq Aralıq Dənizi Turizm Bazarı sərgisi
Təl-Əviv Expo mərkəzində keçiriləcək. Sərgiyə 65 ölkədən 2,2 min sərgi
iştirakçısı və 30 mindən çox ziyarətçinin gəlməsi gözlənilir.