Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı artıb


Azərbaycanda koronavirus infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 944-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Ötən gün 6 yoluxma faktı qeydə alınmışdı.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 85 nəfər təşkil edir.

Virusa yoluxmuş 817 min 654 nəfər (sutka ərzində +54) müalicə olunaraq sağalıb.

Aktiv xəstə sayı 205 nəfərdir.