Azərbaycanda koronavirus
infeksiyasına 23 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827
min 903-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 33 yoluxma faktı
qeydə alınmışdı.
Son sutka ərzində
COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 1 nəfər vəfat edib).
Ölənlərin ümumi sayı 10
min 81 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min
590 nəfər (sutka ərzində +28) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 232 nəfərdir.