Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma tarifləri üçdə bir artırılır


Tarif Şurası (TŞ) fevralın 3-dən ictimai nəqliyyatda sərnişindaşıma tariflərinin artırılmasını təsdiqləyib.

TŞ-dan verilən məlumata görə, müntəzəm şəhərdaxili avtobus marşrutlarında gediş haqqı 0,3 manatdan 0,4 manatadək, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarif məsafədən asılı olaraq0,4manatdan 1manatadək, müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün0,24 manatdan 0,3 manatadək artırılıb.

TŞ-nin qərarı 3 fevral 2023-cü il tarixindən etibarən qüvvəyə minir.