Yanvarın 25-də Azərbaycanı
fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən gənc idmançımız Səbinə
Əliyeva “2023 Avropa Gəncləri Qış Olimpiya Festivalı”nda qısa proqram üzrə öz
çıxışını edib.
Ateltimiz 30 ölkənin
iştirakçı arasında 45.27 xal toplayaraq 10-cu yerə sahib olub.
Qeyd edək ki, Səbinə
Əliyevanın növbəti çıxışı yanvarın 27-də baş tutacaq. İdmançımız sərbəst
proqram üzrə çıxış edərək yüksək nəticə uğrunda mübarizə aparacaq.