Avropa İttifaqı (Aİ) dekabrın 12-dən ekoloji aksiyanın
keçirildiyi Laçın-Xankəndi yolunda (Laçın yolu) vəziyyətlə əlaqədar Azərbaycan
barəsində sanksiyaların tətbqini nəzərdən keçirmir. Bu barədə Avropa İttfaqı
diplomatiyasının rəhbəri Jozap Borrel bəyan edib.
“«Sanksiyalar yalnız Aİ-nin Ümumi Xarici Siyasət və Təhlükəsizlik
Siyasəti məqsədlərinin irəli sürülməsi üçün vasitələrdən biridir və bu vəziyyətdə
onların tətbiqi məsələsinə (Azərbaycan barəsində - BT) baxılmır», - Borrel
Avropa deputatı Assita Kankonun Azərbaycana qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi
imkanı barədə sualına cavab verərkək bildirib.
Borrel qeyd edib ki, Brüsseldə Laçın yolu ətrafında vəziyyəti
müşahidə edirlər.
O vurğulayıb ki, Azərbaycan və Ermənistanın xarici işlər
nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla daimi təmasdadır, Avropa
İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi
Toivo Klaarisə Bakı və İrəvanla sıx əlaqədədir.
«AI-nin səyləri hər iki ölkənin (Azərbaycan və Ermənistan
- İF) liderlərinin sadiqliklərini ifadə etdikləri dialoq vasitəsilə həll
yollarının axtarışına yönəlib», - Borrel bildirib.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 12-dən
etibarən Azərbaycanın ekofəalları və QHT nümayəndələri Qarabağ iqtisadi
rayonunda Şuşa-Xankəndi avtomobil yolunda regionda faydalı qazıntı
yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının
qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər.