2022-ci ildə Azərbaycanın
futbol klublarının transfert xərcləri $1,5 milyon təşkil edib.
Bu barədə “İnterfaks-Azərbaycan”ın
əldə etdiyi Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2022-ci il ərzində transfert
hesabatında qeyd olunur.
Hesabat dövrü ərzində
FİFA-da Azərbaycan komandalarına 103 keçid, həmçinin 56 “çıxış” transferti qeydə
alınıb. Bu əməliyyatlarda Azərbaycandan 12 kollektiv iştirak edib.
Hesabatda futbolçuların
keçidlərindən Azərbaycan klublarının əldə etdikləri gəlir dəqiqləşdirilmir.