Gənclər və idman naziri Fərid Qayıbov dünyanın
tanınmış kikboksçularından biri, ONE FC çempionu Çingiz Allazovu qəbul edib.
Nazilrikdən verilən məlumata görə, idmançını
salamlayan F.Qayıbov ona uğurlu çıxışı münasibətilə təbrikini çatdırıb.
Bakıya səfəri barədə məlumat verən idmançı səmimi qəbula
görə təşəkkürünü bildirib.
Qeyd edək ki, hazırda ONE FC reytinqində birinci
olan Çingiz Allazov müxtəlif illərdə dəfələrlə K-1, NDC və A-1 üzrə dünya
çempionu titullarını qazanıb.