Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral
tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə
gənclər üçün “açıq qapı” olacaq. Bu barədə "BakuTodayt"ə nazirlikdən
məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı
14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.
Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür.
Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar
gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.