Bakıda və Abşeron yarımadasında fevralın 2-si
axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir
20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "İki
sahil"ə verilən xəbərə görə, fevralın 2-si qərb rayonlarından başlayaraq
3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir
yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb
küləyi bəzi yerlərdə arabir güclənəcək.
Dağlıq və dağətəyi rayonlarda yollar buz
bağlayacaq.