Fevralın 4-də Heydər Əliyev Sarayında 2 Fevral - Azərbaycan
Gəncləri Gününə həsr olunmuş xeyriyyə konserti olacaq.
Konsert proqramı Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq.
Konsertdən əldə olunan vəsait valideyn himayəsindən
məhrum olmuş gənclərə ianə ediləcək.
Qeyd edək ki, gənclərin yaradıcı sahəyə olan
marağının artırılması, onların istedadının üzə çıxarılması məqsədilə təşkil
olunan IX “Gəncliyin səsi” festivalı fevralın 8-dək davam edəcək.