Lavrov: Moskva Azərbaycan və Ermənistan XİN başçılarının yeni görüşünü təşkil etməyə hazırdır


Azərbaycan və RF XİN başçıları Ceyhun Bayramov ilə Sergey Lavrov arasında telefon danışığı olub. RF XİN-dən məlumat verilir ki, söhbət əsnasında tərəflər Laçın yolu ətrafında vəziyyətin nizamlanması yollarının müzakirəsini davam etdiriblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında Azərbaycan-Ermənistan normallaşmasının bütün yolları üzrə ritmik işlərin bərpa edilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə Rusiya tərəfinin Moskvada iki ölkə arasında sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycan və Ermənistan XİN başçılarının danışıqlarının növbəti mərhələsini təşkil etməyə hazır olduğu təsdiqlənib", - Rusiya Xarici Işlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.