Azərbaycan prezidenti
İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab
edir və bunu törədən şəxslərin cəzalandırmasını tələb edib.
“Bu gün Tehrandakı səfirliyimizə
qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının
mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan
oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - Əliyev
Twiter hesabında yazıb.
Həmçinin, Azərbaycan
prezidenti vurğulayıb: “Bu terror aktının tezliklə araşdırılacağını və
terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə
qarşı terror hücumu qəbuledilməzdir!”.
Azərbaycan Xarici İşlər
Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat
8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən
şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin
rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun
qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu
xain hücum üzrə araşdırma gedir