Azərbaycanda süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib.
"Report" xəbər verir ki, bu barədə
iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında
yazıb.
"Bu, Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi
platforması arasında əməkdaşlıq çərçivəsində baş tutub. Rəqəmsallaşma və müasir
texnoloji həllərin tətbiqi ölkəmizin iqtisadi potensialından daha səmərəli
istifadə etməyə imkan verəcək", - M.Cabbarov bildirib.