2023-cü ilin yanvarın 26-da Mingəçevir Dövlət Universitetinin (MDU)
Elmi Şurasının növbəti iclası keçirilib. İclasda “Universitetə tələbələrin cəlb
edilməsi işinin təşkili haqqında”, “MDU-da
bakalavriat və magistratura səviyyələri üzrə təcrübələrin təşkili haqqında”
hesabatlar təqdi olunub. Müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla hesabat
qəbul edilib.Toplantıda yeni yaradılmış Rəqəmsal inkişaf və layihələrin idarə
olunması şöbəsinin əsasnaməsi təsdiq edilib.
Daha sonra, MDU əməkdaşlarının əməkhaqlarının artırılması məsələsi
müzakirə olunub. Məsələ barədə ətraflı məlumat verən rektor Ş.Bayramov ölkə
başçısı tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin məzmununda vətəndaşların
sosial vəziyyətinin yaxşılaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd
edib. Təhsil işçilərinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan
bəhs edən rektor universitetin mövcud maliyyə imkanları nəzərə alınmaqla təklif
olunan mümkün əməkhaqqı artımlarını diqqətə çatdırıb. Təklif Elmi Şura üzvləri
tərəfindən bəyənilib və 2023-cü ilin 1 yanvar tarixindən etibarən MDU əməkdaşlarının
əməkhaqlarının orta hesabla 12% artırılmasına dair qərar
qəbul edilib.
Sonda, Mingəçevir şəhərinin 2023-cü il üçün “Gənclər paytaxtı” elan
edilməsi münasibətilə təbriklərini çatdıran rektor bu əlamətdar hadisənin MDU
üçün önəmindən danışıb, həyata keçiriləcək müvafiq tədbirlərdə universitetin tələbə
və müəllim kollektivi üzvlərini fəal olmağa çağırıb.