“Məktəbdə...”
layihəsinin növbəti görüşü yanvarın 26-də Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə
keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı kulturoloq, Elm və
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olacaq.
Görüşdə məktəb və
müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə
yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri,
müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və
digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri
düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin
informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.