Ötən il aliment tələbləri üzrə 100 milyon manat vəsait
ödətdirilib. Bu barədə Ədliyyə Nazirliyində 2022-ci ilin yekunlarına dair geniş
kollegiya iclasında bildirilib.
Vətəndaşların pozulmuş hüquqlarının bərpasında
mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam
etdirilərək yarım milyondan çox sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə
əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,4 milyard manat, o cümlədən aliment tələbləri
üzrə 100 milyon manat vəsait ödətdirilib.