Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti
ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin
və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə
edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”i təsdiq edib.
Başqa bir fərmanla dövlət başçısı “Azərbaycan
Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin
və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq
və qarşılıqlı fəaliyyət haqqında Saziş”i təsdiq edib.
Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və
İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası)
arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji
salamatlığın təmin olunması haqqında Saziş”i və “Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət
üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya
qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiq
edib.
Fərmanların mətnləri bu gün dövlət başçısının saytında
dərc olunub. Sazişlər 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanıb.