“Qarabağı tanıt”
mövzusunda təqdimat müsabiqəsinin şəhər mərhələsinin nəticələri bəlli olub.
Bakı Şəhəri Üzrə Təhsil
İdarəsindən verilən məlumata görə, 281 nömrəli tam orta məktəbin şagirdi Tahir
Tağıyev, 27 nömrəli tam orta məktəbin şagirdi Rza Qasımov və 62 nömrəli məktəb-liseyin
şagirdi Əli Zeynalov I, 128 nömrəli tam orta məktəbin şagirdi Rəcəb Rəcəbov,
149 nömrəli tam orta məktəbin şagirdi Fərid Həsənov və 72 nömrəli məktəb-liseyin
şagirdi Leyla Xəlilova II, 3 nömrəli tam orta məktəbin şagirdi Leyla Məlikova,
83 nömrəli məktəb-liseyin şagirdi Fuad Atayev, 110 nömrəli tam orta məktəbin
şagirdi Səidə Rzayeva isə III yeri tutublar.
47 nömrəli tam orta məktəbin
şagirdləri Səlimxan Səlimli və Nəzrin Rzayeva, 220 nömrəli məktəb-liseyin
şagirdi Fatimə Hüseynova, 67 nömrəli tam orta məktəbin şagirdi Günay Rzayeva və
75 nömrəli tam orta məktəbin şagirdi Asiman Novruzadə həvəsləndirici yerə layiq
görülüblər.
Qaliblərə BŞTİ tərəfindən
diplom və hədiyyələr veriləcək.
Qeyd edək ki, 115, 306,
258, 42, 321, 155, 169, 170, 49, 163, 29, 260, 156, 234, 262 və 20 nömrəli təhsil
müəssisələrinin şagirdləri isə müxtəlif nomiasiyalar üzrə “Təşəkkürnamə” ilə təltif
olunacaqlar.
Onu da qeyd edək ki, VIII-XI
sinif şagirdləri arasında təşkil olunan müsabiqənin keçirilməsinin əsas məqsədi
məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Azərbaycan Ordusunun
şanlı qələbəsi və işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin
artırılması, şagirdlərdə araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf
etdirilməsindən ibarətdir.