Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2023-cü il yanvarın 25-də
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru Rana
Karadşeh ilə görüşüb.
Görüşdə ötən illər ərzində
IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq
ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur
və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti
vurğulanıb.
Görüşdə, həmçinin SOCAR
ilə IFC arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində
əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.