Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti üçün kampusun tikintisinə 12 milyon manatdan artıq vəsait yönəldəcək


Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Mingəçevir Dövlət Universiteti üçün kampusun tikintisinə 12 milyon manatdan artıq vəsait yönəldəcək.

“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, “Uni Ko” QSC ilə kampusun yaradılması (tikintinin I fazasının I mərhələsi üzrə) işlərinin icrasına dair müqavilə balanıb.

Müqavilənin dəyəri – 12 milyon 62,432 min manatdır