Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu cümə günü Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.
“Can Azərbaycanın Tehran
səfirliyinə edilən xain hücumu lənətləyirəm”, - Çavuşoğlu bakıya dəstək olaraq
Twitter hesabında yazıb.
Türkiyə KİV-in məlumatına
görə, cümə günü Türkiyə və Azərbaycan XİN başçılarlı Mövlud Çavuşoğlu ilə
Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Söhbət zamanı nazirlər Azərbaycanın
Tehrandakı səfirliyinə silahlı insidenti müzakirə ediblər.
Öncə Azərbaycan XİN məlumat
verib ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın
İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı
avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə
yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən
yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə
araşdırma gedir.