2022-ci ildə Türkiyə turizmdən 46 284,9 milyon ABŞ
dolları gəlir əldə edib ki, bu da 2021-ci illə müqayisədə 53,4 % çoxdur.
Xarici mətbuatın Türkiyənin statistika qurumuna
istinadən yaydığı xəbərə görə, illik gəlirin 34 477 milyon ABŞ dolları şəxsi xərcləmələrdən,
11 807,9 milyon ABŞ dolları isə tur-paketlərdən əldə olunub.
Bundan başqa, ötən il Türkiyə turizmə 4 276,5
milyon ABŞ dolları xərc çəkib ki, bu da əvvəlki ilə nisbətən 2,3 dəfə çoxdur.
İllik xərcin 3 753,4 milyon ABŞ dollarını şəxsi xərcləmələr, 523,1 milyon ABŞ
dollarını isə tur-paketlərin alınmasına çəkilən xərclər təşkil edib.