Fevralın 1-dən "2019-2023 Dövlət
Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu
başlayır.
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı
İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində
nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə
doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşlarını
bu il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb olunan sənədlərin
siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə
oluna bilər.
Proqrama müraciət 1 fevral - 1 aprel tarixlərini əhatə
edəcək.