Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın
Fordodakı nüvə obyektindəki fəaliyyətlərin Tehranın üzərinə götürdüyü öhdəliklərə
zidd olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters”
agentliyi təşkilatın hesabatına istinadən məlumat yayıb.
“BAEA-nın Baş direktoru Rafael Qrossi İranın
agentliyə əvvəlcədən xəbərdarlıq olunmadan zənginləşdirilmiş uran istehsalı ilə
bağlı Fordodakı zavodunun dizaynı ilə əlaqəli məlumatlara ciddi şəkildə dəyişikliklər
etməsindən narahatdır”, - təşkilatın bəyanatında deyilir.
O cümlədən BAEA-nın Fordodakı nüvə obyektində qəfil
təftişi zamanı uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının iki
kaskadı arasında əlaqədə elan olunmamış dəyişiklik aşkar edib.