AMB uçot dərəcəsini 8.5%-dək artırıb


AMB uçot dərəcəsini 8.5%-dək artırıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə qaldırılıb.

Faiz dəhlizinin aşağı həddi 6,25%-dən 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,25%-dən 9.5%-ə qaldırılıb.

Qərar fevralın 1-dən qüvvəyə minir.

AMB sonuncu dəfə uçot dərəcəsini 2022-ci il dekabrın 16-da 25 bazis bəndi - 8,25%-dək artırmışdı