AZAL mayda Bakıdan Barselonaya uçuşları bərpa edəcək


“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) 2023-cü il mayın 2-dən Bakı-Barselona-Bakı marşrutu üzrə uçuşları bərpa edəcək.

Aviaşirkətdən verilən məlumata görə, uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günü yerinə yetiriləcək.

www.azal.az saytında qeyd olunan marşrut üzrə reyslərə aviabiletlərin satışına artıq start verilib. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür.