Koreya Elektrik Enerjisi
Korporasiyasının (KEPCO) baş direktoru Jung Sung İl Türkiyənin enerji və təbii
sərvətlər naziri Fatih Dönmezə ölkədə ümumi dəyəri 30 milyard dollardan çox olan dörd nüvə
reaktorunun tikintisi üçün ilkin ərizə təqdim edib.
Bu barədə
"Yonhap" Cənubi Koreya şirkətinin press-relizinə istinadən xəbər
verir.
Cənubi Koreya tərəfinin sənədində
layihənin həyata keçirilməsi üçün müfəssəl plan öz əksini tapıb. KEPCO bu il
obyektin tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına
başlamaq və müqavilə imzalamaq niyyətindədir.
2022-ci ildə Cənubi
Koreya şirkəti Türkiyə hökuməti ilə ölkənin şimalında atom elektrik
stansiyasının tikintisi ilə bağlı danışıqlara başlayıb. Reaktorlar 1400 MVt
elektrik enerjisi istehsal edəcək.