Qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə
yanvarın 30-da start veriləcək. Həmin gün IV tur çərçivəsində “Murov” - “Azərreyl”
və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00-da
və 18:00-da start götürəcək.
Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək
Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək.
Bu qarşılaşma isə saat 16:00-da başlanacaq.
Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil
olunacaq.