Azərbaycan komandoları kəşfiyyat cığırının açılmasını məşq edirlər


Azərbaycan Müdafiə Nazirliyi əməliyyat (komando) bölmələrində taktiki-xüsusi məşqlərin davam etdirildiyini xəbəb verir.

“Komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər.

Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur”, - məlumatda deyilir.

O cümlərdə, əməliyyat (komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.