Azərbaycanda koronavirusdan ölənlərin sayı 10100-ə yaxınlaşır


Azərbaycanda koronavirus infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 738-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Ötən gün 12 yoluxma faktı qeydə alınmışdı.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 75 nəfər təşkil edir.

Virusa yoluxmuş 817 min 388 nəfər (sutka ərzində +72) müalicə olunaraq sağalıb. Aktiv xəstə sayı 275 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 908 (ötən gün 896 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 475 min 435 test aparılıb.