Azərbaycanın İrandakı səfirliyinə hücum olub, ölən var


Cümə günü səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Bu barədə Azərbaycan mətbuatı məlumat verir.

KİV-in məlumatına əsasən, hadisə səhər saat 8.30 radələrində baş verib.

Hücumun qarşısını alarkən səfirliyin mühafizəsinin bir əməkdaşı həlak olub, daha bir nəfər isə yaralanıb.