Ankarada təlim-məşq toplanışında olan U-16 qız
yığma komandamız növbəti hazırlıq oyununu keçirib. Belə ki, "Ted Ankara
Kolejiler" qız klubu ilə qarşılaşan millimiz gərgin mübarizənin sonunda
parketdən 58-56 hesablı məğlubiyyət ilə ayrılıb. Qeyd edək ki, qızlarımız təlim-məşq
toplanışı çərçivəsində daha bir neçə yoxlama oyununda öz qüvvəsini sınayacaq.