Prezident Əliyev: Azərbaycan və Misir iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini müəyyən edib


Bakı və Qahirə iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini müəyyən edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

“Bu gün ticari-iqtisadi məsələləri geniş müzakirə etdik. Ötən il Azərbaycanda Hökumətlərarası Müştərək Komissiyanın iclası keçirilmişdi və komissiyanın növbəti iclası ərəfəsində bu gün hörmətli qonağımla əldə edilmiş razılaşmaları biz həyata keçirməliyik ki, növbəti iclasda artıq konkret addımlar atılsın”, - Əliyev şənbə günü Bakıda Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata birgə bəyanatlarla çıxışında bildirib.

Onun sözlərinə görə, tərəflər iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini müəyyən ediblər. Bunlar əczaçılıq, sənaye, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsidir.