“Azərbaycan
Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər
Planı”nın icrası məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.
Əmrə əsasən, “Heydər
Əliyev İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və
seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət
xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin
keçirilməsi nəzərdə tutulub.
Həmçinin təhsil müəssisələrində
“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda seminarların, “Heydər
Əliyev dərsləri”nin təşkili, “Kiçik
Akademiya” və “Heydər Əliyev dərsləri”nin iştirakçıları və məzunlarının
iştirakı ilə Şəhər elmi konfransının keçirilməsi planlaşdırılıb.
Bundan əlavə, ümumi təhsil
müəssisələrinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş
“Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək, Ulu Öndərin irsinin öyrənilməsi məqsədilə
məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunacaq.