Azərbaycan Respublikasının Gənclər Fondunun "
İdeyanı reallaşdır" 2022 Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən
"Gənc İnnovasiya Menecerləri" inkişafı layihəsində UNEC tələbələri də
yer alıblar.
Ümumilikdə 3 ayı əhatə
edəcək layihədə iştirak üçün ali təhsil müəssisələrindən qatılan 120 tələbədən
30-u seçilərək iştirak hüququ qazanıblar.
UNEC Karyera Mərkəzinin
koordinasiyası ilə UNEC SABAH, Maliyyə və mühasibat, Mühəndislik fakültələrinin,
Dizayn Məktəbi və Rus İqtisad Məktəbinin 10 tələbəsi layihənin aktiv
iştirakçılarıdırlar.
Layihənin əsas məqsədi
gənclərin innovasiya sahəsində bilik və bacarıqlarının artırılması, kadr
potensialının inkişafı, innovasiyaların təşviqidir.